Haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Haqqında

“Liv Bona Dea Hospital” Azərbaycanın paytaxtı Bakıda yerləşir. Əlverişlilik “Liv Bona Dea Hospital”ın üstünlüklərindən biridir. Bununla belə, xəstəxananın ən böyük üstünlüyü investorların Xəzər regionunda güclü, yeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxananın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyir. “Liv Bona Dea Hospital” JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyası ilə fəaliyyət göstərir. Bu qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. “Liv Bona Dea Hospital” xəstəxananın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açan beynəlxalq xəstəxanadır.

Haqqında

“Errea” 1988-ci ildə hazırda prezident vəzifəsini yerinə yetirən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. “Errea” tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olmasını təmin edən “Oeko-tex” standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan “Errea” futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.

Haqqında

1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Set Oto LTD.” adı altında “Koç Holdinq”in törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlayıb. Bu gün Otokoç AVIS və/vəya BUDGET brendlərini 8 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Kuzey Kıbrıs Türk Cumhuriyeti ve Kuzey Irak) təmsil edir. 15 aprel 1997-ci ildə AVIS Azərbaycan bazarına daxil olub. Gəlişi ilə bərabər, özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1200 ədəd nəqliyyat vasitəsilə AVIS Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə yanaşı, yeni brend maşınlar, eləcə də bu yolla 24 illik təcrübəsi ilə təhlükəsizlik və məmnuniyyəti də təqdim edir.

Haqqında

“Procter&Gamble” öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir.

Haqqında

“Maximus” Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə təsis olunub. Cəmiyyət yarandığı gündən Avropa və MDB ölkələri ilə ticarət əlaqələri qurub və bu günə qədər də bunu uğurla davam etdirir. Eyni zamanda, şirkət yarandığı vaxtdan təbii mineral süfrə suyunun istehsalı və satışı üzrə biznes layihəsini həyata keçirir. Təbii mineral süfrə sularının zəngin mənbəyi olan Böyük Qafqaz Sıra dağlarının ətəyində yerləşən, ecazkar təbiətə malik Qax rayonunun ərazisində “Maximus” MMC təbii mineral süfrə sularının qablaşdırılması fabrikini qurub. Qablaşdırılan təbii mineral süfrə suyunun qaynağı yerləşən ərazi şirkətə məxsus olmaqla hər cür ekoloji çirklənmələrdən qorunur. Hal-hazırda “Aqua Life” markaları ilə istehsal edilən mineral süfrə suları Azərbaycanda və yaxın MDB dövlətlərində böyük şöhrət qazanıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun Labarator yoxlamaları əsasında “Aqua Life” mineral süfrə suları hidrokarbonatlı, kalsiumlu-natriumlu təbii mineral süfrə suyu kimi öz təsdiqini tapıb. Həmçinin “Aqua Life” mineral süfrə suyundan maddələr mübadiləsinin pozulması, xroniki qastrid, şəkərli diabet, öd kisə daşlaşması kimi hallarda daimi istifadə etmək tövsiyə olunur.

Haqqında

Mərkəzi Avstraliyanın Melburn şəhəri olan “Catapult”un əsası 2006-cı ildə qoyulub. Şirkət 137 ölkədə 39 idman növü üzrə 3000-ə yaxın komandaya texnologiya təqdim edir.