Qəbələ toplanışının 6-cı gününü iki məşqlə başa vurduq

11 yanvar 2025, 20:47

“Neftçi” Qəbələdə təlim-məşq toplanışını davam etdirir. “Ağ-qaralar” toplanışın 6-cı günündə iki məşqə çıxıb. Səhər hazırlığını fitnes zalında keçirən komandamızın üzvləri axşam məşqində toplu və taktiki çalışmaları yerinə yetiriblər. “Neftçi” sabah səhər bərpa məşqi edəndən sonra Bakıya qayıdacaq.

Qeyd edək ki, komandamız bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Misli Premyer Liqasının 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.