Qəbələ toplanışının 2-ci günündə iki məşq
“Neftçi” Qəbələ şəhərindəki təlim-məşq toplanışını davam etdirir. Komandamızın üzvləri toplanışın 2-ci günündə iki məşqə çıxıblar. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən səhər hazırlığında əsasən fiziki və toplu, axşam məşqində isə taktiki çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün “Neftçi” Futbol Mərkəzində hazırlaşan “ağ-qaralar” ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirir.
Tövsiyə olunur
-
Məşqçilər korpusuna yeni təyinat
A Komanda 25 yanvar 2025, 11:12 -
“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik”
A Komanda 19 yanvar 2025, 22:02 -
Üçüncü dövrəyə qollu heç-heçə ilə başladıq
A Komanda 19 yanvar 2025, 21:04 -
“Sabah”la matçın hazırlığını başa vurduq
A Komanda 18 yanvar 2025, 18:47