Samir Abasov: “İndi nəticə bizim üçün çox vacibdir”

15 dekabr 2024, 21:38

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Kəpəz” klubu ilə 17-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Futbolçularıma təşəkkür edirəm. Nəticədən razı qaldım. Çünki indi nəticə bizim üçün çox vacibdir. Oyun haqda danışmaq istəmirəm, amma futbolçularıma “sağ ol” deyirəm. Çünki üzərlərində olan təzyiqə baxmayaraq, bu oyunu qələbə ilə başa vurdular. Bu gün qələbəyə çox ehtiyacımız var idi. “Neftçi”nin heç bir üzvü üçün ev-səfər fərqi olmamalıdır. Yəni bu cür təzyiqli oyunlardan çıxmağı bacarmalıyıq. Təəssüf ki, hazırda psixoloji olaraq vəziyyətimiz çox pisdir və hər bir futbolçu özündə yük hiss edir. Düşünürəm ki, bunu da üzərimizdən qələbələr qazanmaqla ata bilərik”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: