.“Səbail”lə matçın hazırlığına sabah yekun vuracağıq

17 oktyabr 2024, 20:00

Misli Premyer Liqasının 10-cu turunda qarşılaşacağımız “Səbail”lə oyunun hazırlığını “Neftçi” Futbol Mərkəzində davam etdiririk. Yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçən bugünkü məşq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib. Əsas, U-21 və U-19 milli komandalarımızın düşərgəsindən qayıdan futbolçular –  Emin Mahmudov, Ramil Şeydayev, Rza Cəfərov, Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Murad Məmmədov, eləcə də Sent Martin və Monteneqro yığmalarının üzvləri Kilan Lebon və Edvin Kuç da məşqdə iştirak ediblər. Hazırlığa sabah yekun vurulacaq.

Qeyd edək ki, oktyabrın 19-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” matçı saat 18:00-da başlanacaq.