Samir Abasov: “İkinci hissədə komanda şəklində belə reaksiya verməli deyildik”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Qarabağ” klubu ilə 15-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Oyunçuların potensialından danışmaq istəmirəm, çünki hələ işimizin başlanğıcındayıq. Hədəflərimiz yüksəkdir və onlara doğru getməyə çalışırıq. Bilirik ki, çətin olacaq, görəcəyimiz iş çoxdur. Futbolçularda irəliləyiş görünür, məşqlərdə can qoyurlar, əhval-ruhiyyə yaxşıya doğru gedir. Məğlubiyyət üzücüdür. Ümidimiz böyük idi və azarkeşlərimizin sayəsində stadionda atmosfer çox yaxşı idi. Çox istəkli idik, ancaq son nöqtəni qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu məni narahat edir. Belə qol buraxmalı deyildik. İlk qoldan heç danışmaq istəmirəm. İkinci hissədə komanda şəkilində belə reaksiya verməli deyildik. Əfsuslar olsun ki, qırılma nöqtəsi o idi. Avrokuboklara getmək üçün kubokda da şansımız var, amma bu o demək deyil ki, çempionatı elə-belə keçirəcəyik. Burada da sona qədər döyüşəcəyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: