Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir

14 oktyabr 2024, 15:27

46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.

Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.

Klubumuzla isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.

Evinizə xoş gəldiniz, Samir müəllim! “Neftçi” ailəsi üçün xeyirli olsun!