
Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir
46 yaşlı mütəxəssis bundan sonra “ağ-qaralar”ın uğurları üçün çalışacaq. Onunla bu gün 2 illik müqavilə imzalanıb.
Buna qədər “Sumqayıt” klubunu çalışdıran Samir Abasov bu komandanı sonuncu mövsümdə UEFA Konfrans Liqasına çıxarmağı bacarıb.
Klubumuzla isə həm futbolçu, həm də məşqçi kimi çempionluq sevinci yaşayan Abasov “Neftçi”yə 2020/2021-ci illər mövsümündəki sonuncu çempionluğu da qazandıran şəxsdir.
Evinizə xoş gəldiniz, Samir müəllim! “Neftçi” ailəsi üçün xeyirli olsun!
Tövsiyə olunur
-
“Avrokuboklara düşmək üçün bütün mümkün şanslardan istifadə etməyə çalışacağıq”
A Komanda 7 aprel 2025, 18:56 -
Şamaxıda inamlı qələbə!
A Komanda 7 aprel 2025, 18:24 -
Komandamız Şamaxıya yollandı
A Komanda 6 aprel 2025, 19:00 -
Samir Abasov: “Cavab matçına qələbə üçün çıxacağıq”
A Komanda 2 aprel 2025, 22:30