Zirədə məğlub olduq

15 sentyabr 2024, 20:00

“Neftçi” Misli Premyer Liqasında “Zirə” ilə qarşılaşıb. “Ağ-qaralar” Zirə İdman Kompleksinin stadionunda keçirilən 6-cı tur oyununda 0:2 hesabı ilə məğlub olub. Qolları Salifu Suma (1-ci dəqiqə) və Rafael Utziq (60-cı dəqiqə) vurublar.

Qeyd edək ki, “Neftçi” 6 oyundan sonra 4 xalla turnir cədvəlində 9-cu yeri tutur.