“Neftçi” Futbol Mərkəzində açılış mərasimi

31 iyul 2024, 22:00

“Neftçi” Futbol Mərkəzinin yeni təmir olunmuş binası futbolçuların ixtiyarına verilib. Bu gün klub rəhbərliyi və komanda üzvlərinin iştirakı ilə açılış mərasimi baş tutub. “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer ən xoş arzularını çatdıraraq, komandamıza yeni mövsümdə uğurlar arzulayıb.