İkinci dövrəyə qələbə ilə başladıq!

19 oktyabr 2024, 19:58

“Neftçi” Misli Premyer Liqasının ikinci dövrəsinə uğurlu start verib. Yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyuna çıxan “ağ-qaralar” 10-cu turda “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi Arena”da baş tutan matçda komandamızın qollarını Ramil Şeydayev (45+3-cü dəqiqə) və Dembo Darbo (58-ci və 67-ci dəqiqələr) vurublar. Rəqibin heyətində isə Samir Abdullayev (90+3-cü dəqiqə) fərqlənib.

Bununla da mövsümdə ilk qələbəsini qazanan “Neftçi” 10 oyundan sonra 8 xalla turnir cədvəlində 7-ci pilləyə yüksəlib.