Roman Qriqorçuk: “Ştoqrin universal və ağıllı futbolçudur”
“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Andrey Ştoqrinin transfer olunmasına münasibət bildirib. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında həmyerlisinin “Neftçi” üçün vacib fiqur olacağına inandığını bildirib:
“İnanıram ki, Andrey komandamız üçün vacib fiqur olacaq. O, bir neçə mövqedə oynamağı bacaran universal və ağıllı futbolçudur. Ştoqrin həm hücumda, həm də müdafiədə eyni gücdə mübarizə apara bilir. Taktiki planda çox savadlı, fiziki anlamda isə qüvvətlidir. Ona ümidlərimiz böyükdür”.
Tövsiyə olunur
-
Samir Abasov: “Bütün təbriklər futbolçuların payına düşür”
A Komanda 19 oktyabr 2024, 21:14 -
İkinci dövrəyə qələbə ilə başladıq!
A Komanda 19 oktyabr 2024, 19:58 -
“Səbail”lə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 17 oktyabr 2024, 20:00 -
Samir Abasov “Neftçi”nin yeni baş məşqçisidir
A Komanda 14 oktyabr 2024, 15:27