Ramil Şeydayev “Neftçi”də!

16 iyul 2024, 12:51

“Neftçi” növbəti transferini həyata keçirib. Ölkəmizin ən yaxşı futbolçularından biri Ramil Şeydayev artıq “Neftçi” ailəsinin üzvüdür. Milli komandamızın ən yaxşı üçüncü bombardiri olan Şeydayevlə 3 illik müqavilə bağlanıb. 28 yaşlı hücumçu 90 nömrəli formanı geyinəcək.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) akademiyasının yetirməsi olan Şeydayev Rusiya, Türkiyə, Slovakiya, Azərbaycan və Tailand klublarında çıxış edib. Milli komandamızın heyətində 63 oyun keçirib, 10 qol vuran Ramil Azərbaycan çempionatının üçqat qalibi və bombardiri olub, ölkə kubokunu da başı üzərinə qaldırıb. Rusiya və Slovakiya çempionluğunu da qazanmış hücumçu Rusiya milli komandası ilə 17 yaşlılar arasında Avropa çempionatının qalibi, 19 yaşlılar arasında isə finalçısı olub.

“Neftçi” ailəsinə xoş gəldin, Ramil Şeydayev!