Türkiyə toplanışımız davam edir
“Neftçi” Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. İyulun 8-də qardaş ölkəyə yollanan komandamızın üzvləri ayın 9-dan etibarən baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında gündə iki dəfə məşqə çıxır. Səhər hazırlığında fiziki, axşam məşqində isə əsasən toplu çalışmalar yerinə yetirilir.
Qeyd edək ki, toplanış çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdıran “ağ-qaralar”ın ilk sınaq matçı iyulun 13-də Türkiyə Super Liqası təmsilçisi “Alanyaspor”a qarşı olacaq. Növbəti yoxlama görüşü isə iyulun 17-də keçiriləcək. Rəqib digər Super Liqa klubu “Sivasspor” olacaq.
Tövsiyə olunur
-
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
A Komanda 15 sentyabr 2024, 21:01 -
Zirədə məğlub olduq
A Komanda 15 sentyabr 2024, 20:00 -
“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 13 sentyabr 2024, 14:00 -
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 7 sentyabr 2024, 20:30