“Neftçi” "Beşiktaş"a məğlub oldu

11 avqust 2023, 00:21

“Neftçi” UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununa çıxıb. “Ağ-qaralar” Türkiyənin “Beşiktaş” klubuna məğlub olub - 1:3. “Neftçi Arena”da baş tutan görüşdə rəqibin qollarını Vinsent Abubakar (14-cü dəqiqə), Cekson Muleka (23-cü dəqiqə) və Salih Uçan (62-ci dəqiqə) vurublar. "Neftçi"nin heyətində isə Kilan Lebon (79-cu dəqiqə) fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda baş tutacaq.