“Neftçi” çempionata məğlubiyyətlə başladı

6 avqust 2023, 19:47

“Neftçi” bu mövsüm Premyer Liqada ilk oyununu keçirib. “Ağ-qaralar” 1-ci turda “Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda baş tutan matçda meydan sahibləri qələbə qazanıblar – 1:0. Yeganə qolu 44-cü dəqiqədə penalti zərbəsi ilə Mate Kvirkviya vurub.

Qeyd edək ki, “Neftçi” 2-ci turda “Səbail”lə qarşılaşacaq. Avqustun 14-də “Neftçi Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək.