“Beşiktaş”la oyunlarımızın hakimləri məlum oldu

5 avqust 2023, 17:45

“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyənin “Beşiktaş” klubu ilə keçirəcəyi oyunların təyinatları açıqlanıb. Avqustun 10-u saat 21:00-da “Neftçi Arena”da baş tutacaq ilk matç İsveçrədən olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Lukas Fendrix, onun köməkçiləri Yonas Erni və Qilyom Mer olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi icra edəcək.

Avqustun 17-si Bakı vaxtı ilə saat 21:00-da “Beşiktaş” stadionunda təşkil olunacaq cavab görüşünə isə Avstriyadan olan hakimlər təyinat alıb. Baş hakim Yulian Vaynberqerə Andreas Vitşniq və Sara Telek kömək edəcəklər. Dördüncü hakim Ştefan Ebner olacaq.