Gilyerme Patoya uğurlar arzulayırıq

15 fevral 2023, 17:15

“Neftçi” PFK yarımmüdafiəçi Gilyerme Pato ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Braziliyalı futbolçuya təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunmuş Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb.