Mert Çelik daha 1 il “Neftçi”də

3 avqust 2022, 11:00

Mert Çelik “Neftçi”nin şərəfini qorumağa davam edəcək. Müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan 22 yaşlı futbolçu icarə əsasında daha 1 il komandamızın heyətində çıxış edəcək. O, 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Mert Çelik 2020-ci ilin sentyabrından etibarən “Neftçi”nin heyətində 38 oyun keçirib, 2 qol vurub.