“Zirə” ilə cavab oyunumuz saat 20:30-da başlanacaq

25 aprel 2022, 10:00

Azərbaycan Kubokunun 1/2 final mərhələsində cavab oyunlarının başlanma saatı açıqlanıb. Aprelin 29-u “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 20:30-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında aprelin 20-si Zirə İdman Kompleksinin stadionunda baş tutmuş ilk matç qolsuz nəticələnib.