“Səbail” – “Neftçi” matçının baş hakimi Rəvan Həmzəzadə olacaq
Premyer Liqada 24-cü turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev icra edəcək. Hakim-inspektor Əmrah İbrahimov, AFFA nümayəndəsi isə Bəhram Qurbanov olacaq.
Qeyd edək ki, aprelin 24-ü “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.