Şamaxıdakı oyun Elçin Məsiyevə tapşırıldı
Premyer Liqada 22-ci turun təyinatları açıqlanıb. “Şamaxı” – “Neftçi” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu icra edəcək. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Elgiz Abbasov olacaq.
Qeyd edək ki, “Şamaxı” – “Neftçi” oyunu aprelin 9-u saat 14:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.