“Zirə” ilə oyuna İnqilab Məmmədov təyin olundu
Premyer Liqada 21-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi İnqilab Məmmədov olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli icra edəcək. Hakim-inspektor Ceyhun Haşımov, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu aprelin 3-ü saat 17:15-də “Bakcell Arena”da keçiriləcək.