“Sumqayıt”la oyunun hazırlığı davam edir
“Neftçi” Premyer Liqanın 19-cu turunda qarşılaşacağı “Sumqayıt”la matçın hazırlığını davam etdirir. “Səbail”lə oyunun ertəsi bərpa məşqi edən “ağ-qaralar” birgünlük fasilədən sonra martın 8-də hazırlığa başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə əsasən toplu çalışmalar icra olunub.
Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” görüşü martın 13-ü saat 18:15-da “Bakcell Arena”da keçiriləcək.