“Keşlə” ilə matçın hazırlığı yekunlaşdı
“Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub. “Ağ-qaralar” bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” görüşü fevralın 19-u saat 17:15-də “Bakcell Arena”da keçiriləcək.