“Keşlə” ilə oyun Fərid Hacıyevə tapşırıldı
Premyer Liqada 16-cı turun təyinatları açıqlanıb. “Neftçi” – “Keşlə” oyununun baş hakimi Fərid Hacıyev olacaq. Ona Kamran Bayramov və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Allahverdiyev yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə Ramiz Mustafayev olacaq.
Qeyd edək ki, “Neftçi” – “Keşlə” oyunu fevralın 19-u saat 17:15-də “Bakcell Arena”da keçiriləcək.