Kubok oyununa hazırlıq davam edir
“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağı “Sabah”la ilk matçın hazırlığını davam etdirir. Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-də Bakıya qayıdan flaqman birgünlük fasilədən sonra – ayın 27-də məşqlərə başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti məşqdə əsasən toplu çalışmalar yerinə yetirilib.
Qeyd edək ki, “Neftçi” – “Sabah” matçı fevralın 1-i saat 19:45-də “Bakcell Arena”da keçiriləcək.