İlk oyunumuzun başlanma saatı açıqlandı

12 yanvar 2022, 15:10

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma saatı açıqlanıb. Macarıstanın “Kişvarda” klubu ilə yanvarın 14-ü baş tutacaq sınaq matçı Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. “Emirhan Sports Complex Side”ın stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız qardaş ölkədə daha 2 yoxlama görüşü keçirməyi planlaşdırır. “Neftçi”nin ikinci rəqibi yanvarın 19-da Polşanın “Visla” (Plosk) klubu olacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.