“Neftçi” toplanışın ikinci mərhələsinə başladı
“Neftçi” PFK təlim-məşq toplanışının ikinci mərhələsinə start verib. Türkiyənin Antalya şəhərindəki əlverişsiz hava şəraiti səbəbindən ilk məşq trenajor zalında baş tutub və müxtəlif fiziki təmrinlər yerinə yetirilib. Hazırlıq axşam məşqi ilə davam edəcək.
Qeyd edək ki, Manavqat bölgəsindəki “The Sense De Luxe” otelində məskunlaşan komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Neftçi” yanvarın 14-də Macarıstanın “Kişvarda”, 19-da Polşanın “Visla” (Plosk) klubu ilə qarşılaşacaq. Yanvarın 24-dəki rəqib dəqiqləşəndə, bu haqda əlavə məlumat veriləcək.