“Neftçi” qış fasiləsinə səfər heç-heçəsi ilə yollandı
“Neftçi” Premyer Liqanın ikinci dövrəsində son oyununu keçirib. Komandamız 14-cü turda “Qəbələ”nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 1:1. 28-ci dəqiqədə meydan sahiblərinin üzvü Rafael Utziq fərqlənsə də, Emin Mahmudov 39-cu dəqiqədə hesabı bərabərləşdirib. Kapitan qələbə qolunu da vura bilərdi, amma onun 54-cü dəqiqədə yerinə yetirdiyi penalti zərbəsini qapıçı dəf edib.
Qeyd edək ki, “Neftçi” hazırda 14 oyundan 22 xalla 3-cü yeri tutur.