“Neftçi” – “Sumqayıt” matçının baş hakimi Vüqar Həsənli olacaq

3 dekabr 2021, 19:51

Premyer Liqada 13-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Sumqayıt” oyununun baş hakimi Vüqar Həsənli olacaq. Ona Pərvin Talıbov və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Hakim-inspektor Asim Xudiyev, AFFA nümayəndəsi isə Ramiz Mustafayevdir.

Qeyd edək ki, dekabrın 5-i “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Sumqayıt” oyunu saat 16:00-da başlanacaq.