“Neftçi” “Sabah”a məğlub oldu

20 noyabr 2021, 20:48

“Neftçi” Premyer Liqada ardıcıl üçüncü məğlubiyyətini alıb. Komandamız 11-ci turda “Sabah”a 1:2 hesabı ilə uduzub. Hesabı “Bakcell Arena”da baş tutan matçın 33-cü dəqiqəsində Ramon Maçado açsa da, Coy-Lens Mikelsin fasilədən sonra (53-cü və 69-cu dəqiqələr) vurduğu qollar rəqibə qələbə qazandırıb.

Qeyd edək ki, “Neftçi” 11 oyundan 17 xalla 4-cü yeri tutur.