“Neftçi” – “Sabah” matçını Rəvan Həmzəzadə idarə edəcək

19 noyabr 2021, 12:20

Premyer Liqada 11-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sabah” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Namiq Hüseynov və Cəmil Quliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Anar Salmanov, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sabah” oyunu noyabrın 20-si saat 18:15-də “Bakcell Arena”da keçiriləcək.