“Neftçi” “Sabah” – “Kəpəz” cütünün qalibi ilə qarşılaşacaq
Bu gün Azərbaycan Kubokunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, yarışa 1/4 finaldan başlayacaq “Neftçi”nin rəqibi “Sabah” – “Kəpəz” cütünün qalibi olacaq. Komandamız bu mərhələdəki ilk oyununu fevralın 1 və ya 2-də evdə, cavab matçını isə ayın 12 və ya 13-də səfərdə keçirəcək.
“Neftçi” yarımfinala yüksələcəyi halda, gələn il aprelin 20 və 29-da olacaq oyunlarda “Zirə” – “Zaqatala”/“Səbail” cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, final matçı mayın 27-də baş tutacaq.