“Neftçi”nin 3 futbolçusu U-21 milli komandasında

6 noyabr 2021, 23:00

“Neftçi” PFK-nın 3 futbolçusu – İsmayıl Zülfüqarlı, Asim Əlizadə və Fərid Yusifli 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 12-də Avstriya, 16-da isə Norveç yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, hər iki oyun “Bakcell Arena”da keçiriləcək və saat 20:00-da başlanacaq.