“Keşlə” ilə matçın hazırlığı yekunlaşdı

5 noyabr 2021, 19:26

“Neftçi” Premyer Liqanın 10-cu turu – “Zəfər turu” çərçivəsində qarşılaşacağı “Keşlə” ilə matçın hazırlığını başa vurub. Birgünlük fasilədən sonra noyabrın 2-də hazırlığı bərpa edən komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Keşlə” – “Neftçi” matçı sabah saat 19:00-da “ASK Arena”da keçiriləcək.