“Zəfər turu”nda oyunumuz Rauf Cabarova tapşırıldı

5 noyabr 2021, 14:45

Premyer Liqada 10-cu turun – “Zəfər turu”nun təyinatları açıqlanıb. “Keşlə” – “Neftçi” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Qeyd edək ki, “Keşlə” – “Neftçi” oyunu noyabrın 6-sı saat 19:00-da “ASK Arena”da keçiriləcək.