“Qarabağ” – “Neftçi” matçını Əliyar Ağayev idarə edəcək

29 oktyabr 2021, 16:10

Premyer Liqada 9-cu turun təyinatları açıqlanıb. “Qarabağ” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Müslüm Əliyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Seymur Səlimli olacaq.

Qeyd edək ki, oktyabrın 30-u “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlanacaq.