Emin və Mert milli komandada

1 oktyabr 2021, 15:00

“Neftçi” PFK-nın futbolçuları – Emin Mahmudov və Mert Çelik Azərbaycan milli komandasına dəvət olunublar. Mahmudov və Çelik millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 9-da Bakı Olimpiya Stadionunda İrlandiya, 12-də isə Belqradda Serbiya yığması ilə keçirəcəyi oyunlara çağırılıblar.

Qeyd edək ki, Emin Mahmudov milli komandada 22 oyun keçirib, 5 qol vurub. Növbəti dəfə milliyə cəlb olunan Mert Çelik isə bu formada ilk matçına çıxa bilər.