“Səbail” – “Neftçi” matçının baş hakimi Vüqar Həsənli olacaq

1 oktyabr 2021, 12:30

Premyer Liqada 6-cı turun təyinatları açıqlanıb. “Səbail” – “Neftçi” oyununun baş hakimi Vüqar Həsənli olacaq. Ona Pərvin Talıbov və Eyyub İbrahimov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Rövşən Əhmədov, AFFA nümayəndəsi isə Mübariz Hüseynov olacaq.

Qeyd edək ki, oktyabrın 2-si “ASCO Arena”da keçiriləcək “Səbail” – “Neftçi” oyunu saat 19:15-də başlanacaq.