Ahmed Ahmedova təşəkkür edirik

6 iyun 2021, 13:15

“Neftçi” PFK-nın hücumçu Ahmed Ahmedovla icarə müqaviləsinin müddəti başa çatıb. Türk əsilli bolqarıstanlı futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, bu ilin fevralından “Neftçi”nin formasını geyinən Ahmed Ahmedov 9 oyunda 1 qol vurub.