Rener Alves De Souza: “Avropa Liqasındakı çıxışımızdan çox şey gözləyirəm” (VİDEO)

24 iyul 2020, 16:30

Yeni transferimiz Rener Alves De Souza “Neftçi TV”yə müsahibə verib:

“Neftçi”yə menecerimin vasitəsilə gəlmişəm. Təklif alandan sonra klub haqqında maraqlandım. Öyrəndim ki, ölkənin ən zəngin tarixə malik klubudur, güclü komandadır. Bu isə təklifi qəbul etməyim üçün mənə kömək oldu. “Neftçi” Avropada ilk klubumdur. Avropa Liqasındakı çıxışımızdan çox şey gözləyirəm. İnanıram ki, komanda şəklində yaxşı hazırlaşacaq və qarşıya qoyulan məqsədlərə çatacağıq. Əsas məqsədim öz üzərimdə çalışmaq və mövsümboyu yüksək səviyyədə çıxış etməkdir. Ən böyük arzularımdan biri isə Braziliya milli komandasında oynamaqdır. İstəyimə çatmaq üçün dayanmadan çalışmalıyam”.