Sabir Buqrin: “Bilirəm ki, “Neftçi” böyük tarix və ənənəsi olan klubdur” (VİDEO)

22 iyul 2020, 16:00

Yeni transferimiz Sabir Buqrin “Neftçi TV”yə müsahibə verib:

“Bu böyük klubla müqavilə imzaladığım üçün çox xoşbəxt və həyəcanlıyam. Ötən il Bakıda oldum və sözün həqiqi mənasında bu şəhərə vuruldum. “Neftçi”nin bir neçə oyununu internet vasitəsilə izləmişəm. Onlardan biri də “San Siro”da Milan “İnter”inə qarşı keçirilmiş matçdır. Bilirəm ki, “Neftçi” böyük tarix və ənənəsi olan klubdur. Başqa təkliflərim var idi, amma “Neftçi”nin layihəsini daha çox bəyəndim. Milan “İnter”i ilə İtaliyada 2:2 hesabı ilə nəticələnmiş matça və Rusiyanın “Arsenal” klubu ilə oyunlara baxmışam. Gözləntilərim “Dudelanj”la müqayisədə daha da irəliləməkdir. Düşünürəm ki, “Neftçi” ilə qrup mərhələsindən də irəli gedə bilərik. Əsas məqsədim komandamla çempion olmaq və Avropa Liqasında bacardığımız qədər irəliləməkdir. Bəli, azarkeşləri internet vasitəsilə izlədiyim oyunlarda görmüşəm. Onlarla görüşü səbirsizliklə gözləyirəm. Ümid edirəm, inşallah, koronavirus problemi tezliklə aradan qalxar və azarkeşlərimiz tribunalara gözəl atmosferi qaytararlar”.