Yusuf Laval: “Neftçi”nin uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəm” (VİDEO)

21 iyul 2020, 17:05

Yeni transferimiz Yusuf Laval “Neftçi TV”yə müsahibə verib:

“Bu fürsət əlimə düşəndə çox sevindim. Çünki “Neftçi” çox yaxşı komandadır. Bu komandaya qoşulduğuma görə çox şadam. “Neftçi”nin uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Pandemiya səbəbindən çox çətin oldu. Evdən çıxıb heç nə edə bilmirdim. Ev şəraitində bəzi təmrinləri yerinə yetirməyə səy göstəriridim. Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. “Neftçi” fanatlarını internet vasitəsilə izləmişəm. Bilirəm ki, bu komandanın çox gözəl azarkeşləri var. Onlarla görüşü səbirsizliklə gözləyirəm. “Neftçi”də əsas məqsədim ən yaxşı oyunçu olmaqdır”.