“Azersun Arena”da məğlubiyyət

20 sentyabr 2024, 21:55

“Neftçi” Misli Premyer Liqasının 7-ci turunda “Qarabağ”la qarşılaşıb. “Azersun Arena”da baş tutan matçda komandamız 0:4 hesabı ilə məğlub olub. 18-ci dəqiqədə Robert Bauer avtoqola imza atıb. Daha sonra Olavio Juninyo (29-cu dəqiqə), Yassin Benzia (45+2-ci dəqiqə) və Leandro Andrade (90+1-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 7 oyundan sonra 4 xalla turnir cədvəlində 9-cu yeri tutur.