Təşəkkürlər, Qara Qarayev!

19 sentyabr 2024, 16:03

“Neftçi” PFK Qara Qarayevlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Təcrübəli yarımmüdafiəçiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, 2023-cü ilin iyulunda transfer olunmuş Qarayev “Neftçi”nin heyətində 28 rəsmi oyun keçirib, 1 qol vurub.