“Şamaxı” ilə oyunun hazırlığı davam edir

29 avqust 2024, 17:30

“Neftçi” Misli Premyer Liqasının 5-ci turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını davam etdirir. Bir günlük istirahətdən sonra avqustun 27-də məşqlərə başlayan “ağ-qaralar” “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Hazırlıq prosesinin ilk hissəsi fitnes zalında, ikinci hissəsi isə yaşıl meydanda baş tutub.

Qeyd edək ki, avqustun 31-də Şamaxı şəhər stadionunda keçiriləcək “Şamaxı” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.