“Sabah”la oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Sabah”la matçın hazırlığını davam etdirir. Bir günlük istirahətdən sonra dünən məşqlərə başlayan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Məşqin ilk hissəsi fitnes zalında baş tutub. Fiziki hazırlıq üzrə məşqçi Cordano Domenikonun nəzarəti altında məşq edən komandamızın üzvləri ardından yaşıl meydanda toplu çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, avqustun 18-də “Liv Bona Dea Arena”da keçiriləcək “Neftçi” – “Sabah” matçı saat 20:30-da başlanacaq.
Tövsiyə olunur
-
Roman Qriqorçuk: “Göstərdiyimiz oyuna görə üzr istəyirəm”
A Komanda 15 sentyabr 2024, 21:01 -
Zirədə məğlub olduq
A Komanda 15 sentyabr 2024, 20:00 -
“Zirə” ilə matçın hazırlığına sabah yekun vuracağıq
A Komanda 13 sentyabr 2024, 14:00 -
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 7 sentyabr 2024, 20:30