“Sumqayıt”la oyunun bütün təyinatları açıqlandı

5 fevral 2023, 12:22

Premyer Liqada 21-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Sumqayıt” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Rəhman İmami və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Əsgər Əmirəliyev, VAR hakimi Əliyar Ağayev, VAR hakiminin köməkçisi Rəvan Həmzəzadə olacaq.

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu fevralın 5-i saat 18:30-da “Bakcell Arena”da keçiriləcək.