“Neftçi” ilin ilk rəsmi oyununda məğlub oldu

26 yanvar 2023, 21:27

“Neftçi” 2023-cü ildə ilk rəsmi oyununu keçirib. Komandamız Premyer Liqanın 19-cu turunda “Sabah”la qarşılaşıb. “Bank Respublika Arena”da baş tutan matçda meydan sahibləri qalib gəlib – 2:0. Qolları 7-ci dəqiqədə penaltidən Coy Lens Mikels, 37-ci dəqiqədə isə Aleksey Kaşuk vurub.

Qeyd edək ki, “Neftçi” 19 oyundan 38 xalla turnir cədvəlində 3-cü yeri tutur.